reklam
"Kəpəz"dən əsgərliyi başa vuran azarkeşinə sürpriz - <strong><font color=#ff0000>FOTOLAR</font></strong>

“Kəpəz”in sayılıb-seçilən fanklublarından olan “KəpəzUltras”ın rəhbəri Turqan Əliyev həqiqi hərbi xidmətini başa vuraraq Gəncəyə dönüb.

İdmanxeber.com-un məlumatına görə, amiqonun evə qayıdışı münasibəti ilə keçirilən tədbirdə yaxınları ilə yanaşı, “sarı-göylər”in fəal azarkeşləri də iştirak edib.

Yığıncağın ən maraqlı hissəsi Turqan Əliyevə “Kəpəz”in son mövsümdə geydiyi formanın hədiyyə edilməsi olub. Klubun mətbuat katibi Azad Mustafayev fanklub rəhbərinə komandanın vitse-kapitanı Kərim Diniyevin futbolkasını bağışlayıb. Hədiyyəni qonaqların gur alqışları altında qəbul edən Əliyev forma üzərində olan klubun emblemini öpərək sevincini biruzə verib.