reklam
"Qəbələ" Polşada məşqlərə başladı

"Qəbələ" Polşada məşqlərə başladı

TARIX /

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya gedib.

İdmanxeber.com-un məlumatına görə, "qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Qəbələ" məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib.

“Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun keçiriləcəyi  Belostok şəhərinə gedəcək.

Qeyd edək ki, Belostok şəhər stadionunda keçiriləcək “Yagelloniya” – “Qəbələ” qarşılaşması iyulun 26-ı, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.