reklam
Premyer Liqamızda 2017/18 mövsümündə hansı toplardan istifadə ediləcək?

Bir müddət sonra Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Hələlik yeni mövsümün püşkünün nə zaman atılacağı məlum olmasa da, meydanda hansı toplardan istifadə ediləcəyi dəqiqdi.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, yeni mövsümdə toplar dəyişdirilməyəcək. Belə ki, bir müddət öncə topların dizaynının dəyişiləcəyi barədə məlumatlar yayılsa da, bu, baş verməyib.

Qeyd edək ki, Premyer Liqada 2014-ci ildən etibarən "Adidas" şirkətinin istehsalı olan "Kafusa" (Cafusa) toplarından istifadə olunur.