reklam
"Sumqayıt" "Osmanlıspor"a qarşı

"Sumqayıt" "Osmanlıspor"a qarşı

TARIX /

Yeni mövsümə Boluda hazırlaşan "Sumqayıt" ilk yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Türkiyənin "Osmanlıspor" klubu ilə üz-üzə gələcək. Superliqa təmsilçisi ilə oyun Bakı vaxti ilə 19:00-da start götürəcək.

Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pyer Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.