reklam
Ərəb ölkələri Qətərdən mundialı almaq üçün FİFA-ya müraciət göndərdi

Səudiyyə Ərəbistanı, Yəmən, Mavritaniya, BƏƏ, Bəhreyn və Misir FİFA-ya 2022-ci ildəki dünya çempionatının Qətərdə keçirilməməsi ilə bağlı müraciət ünvanlayıb.

İdmanxeber.com-un məlumatına görə, ərəb dövlətləri FİFA-nın nizamnaməsindəki 85-ci maddəni əsas götürərək bunu tələb edir. Həmin maddəyə görə FİFA ekstra vəziyyətlərdə turnirin ev sahibini dəyişə bilər.

Məlumatı İsveçrənin  "The Local" nəşri yayıb.

Lakin FİFA-nın mətbuat xidmətindən verilən xəbərə görə, onlara belə bir müraciət daxil olmayıb.

Xatırladaq ki, 2 ay əvvəl bir çox ərəb dövləti Qətəri terrozmə dəstək verdiyi üçün günahlandıraraq onunla diplomatik münasibətləri pozmuşdu.