reklam
Morata "Milan"a keçir - <strong><font color=#ff0000>ilinə 10milyon avro alacaq</font></strong>

Madrid "Real"ının forvardı Alvaro Morata komandasını dəyişməkdə israrlıdır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, "MY"ya transferin alınmamasından sonra onun hazırda "Milan"a keçidi gündəmdədir.

"Real" futbolçu üçün 90 milyon avro tələb edir. Lakin  "Marca" nəşrinin məlumatına görə, klubların dostluq münasibətlərini nəzərə alaraq bu məbləği 70 milyona düşürə bilər.

"La Gazzetta dello Sport"un məlumatına görə isə danışıqlar uğurla davam edir və forvard 10 milyon məvaciblə "Milan"a keçməyə yaxındır.