Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə bu gün yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, bu turnirdəki təmsilçimiz "Qarabağ"ın da rəqibi az öncə bəlli olub.

İlk oyunda Albaniya "Kukesi"sinə öz meydanında vurduğu bir qolla qalib gələn Moldovanın "Şerif" kollektivi səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

19 iyul

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) - 2:1

Qollar: İzair Emini, 35 (1:0), Pero Pejiç, 45 (2:0), Siril Bayala, 56 (2:1)