Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçən "Kəpəz"in yoxlama görüşlərində qüvvəsini sınayacağı digər rəqiblərin adlarına aydınlıq gəlib.

Bu barədə İdmanxeber.com-a "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev məlumat verib. Belə ki, Gəncə klubunun növbəti sınağı iyul ayının 22-nə təsadüf edəcək. Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda əyalət təmsilçimizin rəqibi "Ankaragücü" olacaq. "Kəpəz"in sonrakı sınağı da yerli kollektivə qarşıdı. 2 gün sonra "Elazığspor"la qarşılaşacaq olan "Kəpəz"in digər oyununun başlama saatı isə 18:00-dı.