"Qarabağ"da ciddi itki!

Oxunma: 2490 TARIX /

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Şerif"lə üz-üzə gələn "Qarabağ" ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, "köhlən atlar"ın heyətində Yakub Jezniçak zədələnib. Polşalı müdafiəçi oyunu davam etdirə bilməyincə Qurban Qurbanov onu əvəzləmək məcburiyyətində qalıb. Matçın 23-cü dəqiqəsində Jezniçakın yerinə Elvin Yunuszadə meydana daxil olub.