"Kəpəz" Aqil Nəbiyevin komandasına qarşı

Oxunma: 463 TARIX /

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönən "Kəpəz" paytaxtda daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

İdmanxeber.com-un məlumatına görə, gəncəlilərin bu dəfəki rəqibi Azərbaycan I Divizion təmsilçisi "Şüləvan" olacaq. Avqust ayının 7-si keçiriləcək matç Şüvəlan qəsəbə stadionunda oynanılacaq. 

Qeyd edək ki, Şahin Diniyevin yetirmələri əvvəlcə avqust ayının 3-ü 19 yaşlılardan ibarət milli komandamızın üzvlər ilə qarşılaşacaq.