Eddi İsrafilovun oynamağı heçnəyi dəyişmədi

Oxunma: 409 TARIX /

Bir çox klublar yeni mövsüm üçün hazırlıqları davam etdirirlər. 

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun çıxış etdiyi “Kadiz” də hazırlıq çərçivəsində növbəti sınaq matçını keçirib. “Sarılar” “Rekreativo” ilə qarşılaşıblar. Görüş milli oyunçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 72-ci dəqiqədə oyuna daxil olub.