“Barselona”nın türk futbolçusu Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə şəxsi “İnstagram” və Tvitter hesabında paylaşım edən 30 yaşlı futbolçu Ramilin şəklin paylaşaraq onu təbrik edib:

“Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”
“Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!"

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.