“Fənərbaxça” “Vilyarreal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib.

İdmanxeber.com-un İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. “Fənərbaxça”nın ispaniyalı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.


Qeyd edək ki, R. Soldado ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.