reklam

"Real"ın futbolçusu Kriştiano Ronaldo ağır cəzaya məruz qala bilər.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun İspaniya superkubokunda "Barselona"ya qarşı ilk matçda baş hakim Rikardo de Burqosu Benqonçeanı itələməsidir.  Referi oyundan sonra protokolda qırmızı vərəqəyə etiraz edən K.Ronaldunun onu itələməsini qeyd edib.

İspaniya Futbol Federasiyasının reqlamentinə əsasən, bu cür hərəkətə yol verən futbolçu 4-dən 12 oyuna qədər cəzalana bilər. Əgər Ronaldo 4 oyunluq cəzalandırılsa, bu, yalnız İspaniya Superkuboku görüşlərində qüvvədə olacaq. O, 5 və daha artıq matçlıq cəzalandırılacağı  təqdirdə isə bu, La Liqada keçirilən oyunlara da şamil ediləcək.
Qeyd edək ki, K. Ronaldo "Real"ın 3:1 hesabı ilə qalib görüşün 80-ci dəqiqədə vurduğu qolu qeyd edən zaman formasını çıxardığı üçün ilk sarı vərəqəsini alıb. İki dəqiqə sonra isə hakim 32 yaşlı hücumçunun simulyasiya etdiyini hesab edərək ona ikinci sarı vərəqə göstərərək meydandan qovub.