reklam

"Barselona"da yeni futbolçu

TARIX /

Braziliya yığmasının üzvü Paulinyo karyerasını “Barselona”da davam etdirəcək. 

İdmanxeber.com-un məlumatına görə, katalonlar Çinin “Quançjou Everqrand” klubunda çıxış edən yarımmüdafiəçi ilə razılığa gəlinib. “Barselona” rəhbərliyi 29 yaşlı futbolçunun təqdimat mərasimini avqustun 17-də keçirməyi planlaşdırır. Bundan 1 gün öncə Paulinyo tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Braziliya millisində 41 oyunda 9 qola imza atan Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının da formasını geyinib.