"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində keçirilən "Qarabağ" - "Kopenhagen" matçı sonrası jutnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, ağdamlıların çalışdırıcısı oyunun çətin keçdiyini bildirdi: "Bu gün futbolçularımız və azarkeşlərimə alqış düşür. Nəticə oyuna uyğun idi. "Kopenhagen" ağır komandadı. Həqiqətən bu gün bunun şahidi olduq. Futbolçularımız dəqiq oynamağa çalışdı. Bəzi epizodlarda qola yaxın olduq. Bu qələbə hələ heçnə demək deyil. Hələ bizim səfərdə bir oyunumuz da var. Rəqibi bu gün yaxşı tanıdıq. Cavab qarşılaşmasında daha dəqiq və diqqətli oynamaq istəyirik. Bizi qarşıda çətin 90 dəqiqə gözləyir".

 

- 90 dəqiqə ərzində cəmi 1 əvəzetmə etməyinizin səbəbi nədi?

- Özünüz də gördüz ki, ikinci hissənin 15-ci dəqiqəsindəns onra topa daha çox sahib olmağa başladıq. Gördük ki, buna ehtiyac yoxdu. Məhz buna görə, belə bir addım atdım.

 

- Rəqibin baş məşqçisi cavab oyunu öncəsi sizi favorit hesab edir...

- Rəqibimiz bu cür hesablara hazır kollektivdi. "Kopenhagen" əvvəlki turda da, ilk görüşü uduzmuşdu. Lakin sonra uğurlu nəticə qazandı. Mən isə öz şanslarımızı 50/50 yə hesab edirəm

 

- Rəqibin hündürboy hücumçularına qarşı gələn oyun hansısa tədbir görməyə çalışacaqsız?

- Əlimzdə olan futbolçularla təhlükələrin qarşısını almalıyıq. Qapıçımız da bir neçə epizodda dəqiq oynadı.  

 

- Hakim idarəçiliyindən necə, razı qaldınızmı?

- Mən hər zaman hakimlərdən razı qalmışam. Hakimlik ən ağır peşədi desəm, yanılmaram. Hər bir ədalət qoruyucusuna yaxşı oyunlar idarə etməyi arzu edirəm.

 

- Dino Ndlovun son durumu necədi?

- Açığı, pis deyil. Böyük ehtimalla cavab oyununda iştirak edəcək.


- Bakıda Çempionlar Liqasının himnini eşitmək necə bir hiss idi?
- Açığı, duyğulandım. Sevinirəm ki, bu hissi azarkeşlərimizlə və sizinlə yaşadıq.