reklam
Ədalət qoruyucularının Bakıda təlim-məşq toplanışı reallaşacaq

Küveytli hakimlər Bakıda təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu, Küveyt Futbol Assosiasiyası müraciəti əsasında gerçəkləşəcək.

Belə ki, Asiya ölkəsinin futbol qurumu hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı AFFA-ya müraciət edib. Müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək küveytli hakimlərin toplanışı keçiriləcək.

Hazırlıq prosesi Bakı Olimpiya Stadionunda baş tutacaq. Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.