reklam
"Kopenhagen" - "Qarabağ" matçında anşlaq olacaq

Avqustun 23-də UEFA Çempionlar Liqasının pley-off matçının cavab görüşü çərçivəsində “Qarabağ” səfərdə “Kopenhagen”lə qarşılaşacaq. 

İdmanxeber.com-un məlumatına görə, Kopenhagendəki qarşılaşmaya biletlərin satışı davam edir.

Matçın baş tutacağı 40 minlik “Parken” stadionunda oyunu izləmək istəyənlər üçün satışda yalnız 6646 bilet qalıb. Digər biletlər isə artıq satılıb.