reklam
"Şüvəlan" böyükhesablı qələbəyə sevindi

Yeni mövsümə hazırlaşan "Şüvəlan" daha bir yoldaşlıq oyununda qüvvəsini sınayıb. 

İdmanxeber.com-un klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Aqil Nəbiyevin komandası “AZAL Arena”da MOİK-i qəbul eldib və 4:1 hesablı qələbə qazanıb. 

"Şüvəlan"ın heyətində qollara Şahin Belejani, Şahin Əliyev, Elvin Həsənəliyev və Hüseyn Axundov imza atıb

Qeyd edək ki, “Şüvəlan” yeni mövsümdən birinci divizionda çıxış edəcək.