reklam
"Dinamo" "Qəbələ"yə gəldi

"Dinamo" "Qəbələ"yə gəldi

TARIX /

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək.

İdmanxeber.com-un məlumatına görə,  qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. 

Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.