reklam

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Dalğa Arena"da "Neftçi" ilə qarşılaşan "Səbail" qarşılaşmanın son dəqiqəsində rəqib torunu silkələyib.

İdmanxeber.com-un məlumatına görə, Elman Taqayevin hesabı açmasının ardından arenaya toplaşan "Neftçi" azarkeşləri öz narazılıqlarını bildiriblər. Stadiona toplaşan flaqmanın fanatları "istefa-istefa" şüarları ilə rəhbərliyi və baş məşqçi Elxan Abdullayevi istefaya səsləyiblər.

Görüş "Səbail"in minimal hesablı qələbəsi ilə sonuçlandı.