reklam
"Qəbələ"dən növbəti qələbə, "Kəpəz" yenə xalsız qaldı

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Yevlaxda baş tutacaq. Stadionundakı təmir səbəbindən Yevlaxa köçən "Kəpəz" burada "Zirə"ni qonaq edəcək. Mövsümə yenilgi ilə başlayan Şahin Diniyevin komandası Ayxan Abbasovun yetirmələri qarşısında xal qazanmağa çalışacaq.

Tura Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkəcək. Çempionluq yolunda itkisiz davam etmək istəyən Roman Qriqorçukun yetirmələri "Sumqayıt"ı xalsız yola salmaq niyyətindədi.

Azərbaycan Premyer Liqası

II tur

20 avqust (bazar)

20:00. “Qəbələ” - “Sumqayıt” 1:0
Qollar: 
 Tellur Mütəllimov, 40

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev

Qəbələ şəhər stadionu

17:00. “Kəpəz” - “Zirə” 0:3
Qollar: Nicat Qurbanov, 21 Təmkin Xəlilzadə, 49, 87 

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov

Yevlax şəhər stadionu