reklam
"Kopenhagen" - "Qarabağ" matçında ədaləti ispanlar qoruyacaq

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçının təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər idarə edəcək.

Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləriRoberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcək.

Əlavə hakim köməkçiləri Alexandro Xose Enandeslə Xose Mariya Sançes Martines olacaq. Dördüncü hakim funksiyası Dieqo Barbero Sevilyaya tapşırılıb.
Matçın hakim-isnpektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makri olacaq.