reklam
İngiltərə millisinin sabiq baş məşqçisi "Makkabi"də

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarenin yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, 56 yaşlı mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) klubunda çalışacaq.

Klubun rəsmi saytı Maklarenin  baş məşqçi Yordi Kroyfun köməkçisi təyin edildiyini yazıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis daha əvvəl “Tvente”, “Nottingem Forest”, “Volfsburq”, “Midlsbro”, “Nyukasl” kimi klublarda çalışıb.