reklam
"Səbail"in futbolçusu şəxsi işlərinə görə klubdan ayrıldı

Premyer Liqamızın debütantı “Səbail” futbolçusu Emin Cəfərquliyevlə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi "facebook" səhifəsi xəbər yayıb.

27 yaşlı müdafiəçi şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib. Futbolçunun müraciəti müsbət qarşılanıb və onun müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, E.Cəfərquliyev “Səbail”in yeni transferlərindən idi.