reklam
"Kopenhagen"in baş məşqçisi: "İlk oyunda qeydə alınan 1:0 hesabı bizim üçün maneə deyil"

"İlk oyunda qeydə alınan 1:0 hesabı bizim üçün maneə deyil. Biz bunu ötən tur “Vardar”la oyunlarda sübut etmişik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunu haqda danışarkən deyib.

O, hazırda “Qarabağ”ın üstün durumda olmasını qeyd etməklə yanaşı, komandasının mərhələ adlamaq şanslarının olduğunu da bildirib:“Adətən bu mərhələnin oyunları çətin olur. İlk görüşdən sonra “Qarabağ”ı favorit adlandırmaq olar. Amma unutmayaq ki, bizim də şansımız var. 

Çərşənbə günü “Qarabağ” qapalı oyuna üstünlük verəcək. Ancaq biz öz meydanımızda oynayırıq, tribunalar dolu olacaq. Azarkeşlərin dəstəyi ilə daha artığına nail olmaq niyyətindəyik”.

Qeyd edək ki, avqustusun 23-də keçiriləvək “Kopenhagen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.