reklam
"Qarabağ"ın bu gün Danimarkada son məşqi var

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə cavab oyunu öncəsi bu gün son məşqinə çıxacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Bakı vaxtı ilə  saat 21:30-da  qarşılaşmanın keçiriləcəyi "Parken" stadionunda məşq edəcək.

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah saat 22:45-də  (Bakı vaxtı ilə) başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.