reklam
Norveç millisinin baş məşqçisindən Azərbaycana "tərif yağışı"

“Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz. Bu, son iki ildə FİFA reytinqində 60 pillə yüksələn komandadır. Rəqibin yaxşı heyəti var. Bir sıra oyunçuları Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şansı olan “Qarabağ”da çıxış edir".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi  Lars Laqerbek DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun barədə danışarkən deyib.

O, Azərbaycana qarşı matçın asan olmayacağını bildirib: "Qalib gəlmək üçün yaxşı çalışmalıyıq. Hazırda bizim kifayət qədər gənc oyunçumuz var. Fikrimcə, bu, çox vacibdir. Hələlik bəzi futbolçular arasında fərq hiss olunmur. Bəziləri oyun praktikalarının azlığına baxmayaraq, yaxşı vəziyyətdədirlər. Norveç millisi gənc komandadır və yaxşı gələcəyi var”.

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu sentyabrın 1-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.