reklam
"Kopenhagen"ə cəza gəldi: Azarkeşsiz oynayacaq!

Çempionlar Liqasında "Qarabağ"ın üz-üzə gələcəyi "Kopenhagen"ə 150 min kron pul cəzası kəsilib.

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionatının 4-cü turu çərçivəsində "Bröndbü" səfərinə yollanan "Kopenhagen"in azarkeşləri instendə səbəb olublar. Bu səbəbdən görüşdə uzun müddətli fasilə yaranıb.

Beləliklə, komanda cərimədən başqa, sentyabrın 8-də "Midtüllann"la ev qarşılaşmasında azarkeşsiz oynayacaq.

Lakin "Kopenhagen"in sahibi olan "Parken" İdman-Əyləncə şirkətinin baş direktoru Anders Hörsholt bildirib ki, cərimə ilə razılaşsalar da, İntizam Komitəsinin qərarından tam razı qalmayıblar və buna görə apellyasiya verəcəklər.