reklam
Volkan Dəmirəl buraxdığı səhvlərə görə klubdan ayrılmaq istəyir

Türkiyə Superliqasının ilk iki həftəsində müvafiq olaraq "Göztəpə" və "Trabzonspor" matçlarında səhvlərə yol verən və komandasının xal itkisində payı olan "Fənərbaxça"nın qolkiperi Volkan Dəmirəl klubdan ayrıla bilər.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq doğma meydanda azarkeşləri tərəfindən fitə basılan kapitanın oyundan sonra komanda yoldaşları ilə söhbəti diqqət çəkib.

"Əlcək sahibi"nin "bir kapitan heç vaxt doğma meydanda fitə basılmamalıdı, əgər bu hal varsa, çıxıb getməlidi" sözləri komandadan ayrılmaq istəməsini göstərib.

35 yaşlı qapıçının mövsümün sonunda "sarı-lacıvərdlilər"lə müqaviləsini uzatmaması gözlənilir.