UEFA Çempionlar Liqasının pely-off mərhələsində "Kopenhagen"i iki oyunun nəticəsinə əsasən məğlub edərək qrup mərhələsinə vəsiqə əldə edən "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu 4-cü səbətdə qərarlaşacaq. Buna görə də, "köhlən atlar"a daha güclü komandaların rəqib olacağını düşünmək olar.

1-ci səbət:"Real" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Çelsi" (İngiltərə), "Şaxtyor" (Ukrayna), "Monako" (Fransa), "Spartak" (Rusiya)

2-ci səbət: "Barselona", "Atletiko", "Sevilya"  (hər üçü İspaniya), PSJ (Fransa), "Borussiya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə)

3-cü səbət: "Tottenhem" (İngiltərə), "Roma" (İtaliya), "Bazel" (İsveçrə), "Anderlext" (Belçika), "Napoli" (İtaliya), "Olimpiakos" (Yunanıstan", "Liverpul" (İngiltərə), "Beşiktaş" (Türkiyə)

4-cü səbət: "QARABAĞ" (AZƏRBAYCAN), "Feyenord" (Hollandiya), "Lepziq" (Almaniya), "Sportinq" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Maribor" (Sloveniya), APOEL (Kipr), ÇSKA (Rusiya), 

Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.