Qurban Qurbanov: "Məğlubiyyətə də sevinmək olar"

Oxunma: 1870 TARIX /

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Kopenhagen"lə qarşılaşan "Qarabağ" rəqibinə 1:2 hesabı ilə uduzsa da, ikioyunun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanan tərəf olub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyunla bağlı fikirlərini səsləndirib.

Təcrübəli çalışdırıcı qarşılaşmadan sonra bubnları deyib:

"Əlbəttə, təkcə biz yox, bütün Azərbaycanı xalqı bu oyunboyu bizimlə idi. Hamı istəyirdi bu uğuru. Bütün futbolsevərlərimizi, xalqımızı, "Qarabağ"lıları tərbik edirəm.

Bu, futbolumuzun inkişafı yönündə böyük addım olacaq və futbol bütün ölkədə daha da seviləcək. Hal-hazırda yadına sala bilmirəm ki, karyeramda hansı məğlubiyyətə belə sevinmişəm. Klub ciddi uğura imza atırsa, ona imkan məğlubiyyətə də sevinmək olar.

Qurbanov qrup öncəsi mümkün transferlərə də toxunub: "Təkcə indi üçün yox, ümumiyyətlə, mütləq transfer etməyi planlaşdırırıq. Hazırda danışıqlar gedən fubolçuları heyətimizə qatmaq istəyirik. Çalışacağıq ki, 1-2 transfer edək. Artıq sabahdan bu işlərlə yaxından məşğul olacağıq. Nə dərəcədə istəyimizə çatacağımızı zaman göstərəcək".