"Neftçi"ni iki yoxlama görüşü gözləyir

Oxunma: 477 TARIX /

"Neftçi” Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama görüşləri keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda sentyabrın 2-də MOİK, sentyabrın 5-də isə əvəzedici heyətlə qarşılaşacaq. Hər iki oyun İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək və saat 17:00-da başlanacaq.