reklam
Robert Prosineçki: "Düzünü deyim ki, necə olacağını mən də bilmirəm”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. 

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis yerli jurnalistlərinin suallarını cavablandırarkən Azərbaycan yığmasının oyunlarından da danışıb: “San-Marino üzərində qələbə gözlənilən idi. Ola bilər ki, kimsə bu qədər qol vuracağımızı gözləmirdi. Amma ümumilikdə bu nəticə çox yaxşı oldu. Həmişə qələbə qazananda hər şey qaydasında gedir. İndi seçmə mərhələni başa çatdırmağımız qalır. Sonra necə olacağını isə zaman göstərər. Müqaviləm dekabrda başa çatacaq. Yeni anlaşma barədə danışıqlara başlamamışıq. Düzünü deyim ki, necə olacağını mən də bilmirəm”.