reklam
Qurban Qurbanov: "Hər oyunda dişə-diş vuruşacağıq"

"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla ən böyük arzumuzu həyata keçirdik. "Çelsi", "Atletiko" və "Roma" ilə eyni qrupa düşəndə hiss etdik ki, rəqabət səviyyəsi çox yüksəkdi".

İdmanxeber.com-un məlumatına görə, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. "Frans Press" agentliyinə danışan mütəxəssisimiz ÇL-nın C qrupunda yer aldığı rəqiblərini dəyərləndirib: "O demək deyil ki, biz təslim olmuşuq. Hər oyunda dişə-diş vuruşacağıq. "Çelsi"yə qarşı çətin oyun gözləyir bizi. "Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik".

 "Qarabağ" Çempionlar Liqasının C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə birgə mübarizə aparacaq.