reklam
"Neftçi" rəsmisi açıqladı: "Tərlan Əhmədov artıq bizim baş məşqçimizdi"

"Neftçi" klubunda yeni baş məşqçinin adına rəsmən aydınlıq gəlib.

Bu barədə İdmanxeber.com-a "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Rüstəm Əfsərli məlumat verib. Klub rəsmisi bu gündən etibarən klubun baş məşqçi postuna Tərlan Əhmədovun gələcəyini bildirib. Onun sözlərinə görə, müvəqqəti baş məşqçi postuna gətirilən Elşad Əhmədov isə əvvəlki işinə - əvəzedici komandanın baş məşqçi vəzifəsinə qayıdacaq: "Tərlan Əhmədov artıq bizim baş məşqçimizdi. Bu gün ictimayyətə rəsmən təqdim edəcəyik. Bu barədə yaxın vaxtlarda klubun rəsmi saytında da xəbər çıxacaq".