reklam
"Qarabağ" "Stamford Bric"də məşqə çıxır

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Çelsi" ilə “Qarabağ”ın İngiltərədəki məşqinin başlama saatı müəyyənləşib.

Idmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda görüşün keçiriləcəyi "Stamford Bric" stadionunda bu gün Bakı vaxtı ilə saat 21:45-də son məşqinə çıxacaq.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah saat 22:45-də başlayacaq.