reklam
Ramil Quliyev: "Qarabağ"ın qrupa düşməyi məni çox qürurlandırdı"

Londona keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda birinci olaraq Türkiyə adına qızıl medal qazanan azərbaycanlı idmançı Ramil Quliyev şərəfini qoruduğu "Fənərbaxça" İdman klubunun futboldakı uğursuzluqlarından danışıb.

İdmanxeber.com-un məlumatına görə, "AA xəbər" agentliyinin müxbirinin suallarını cavablandıran Ramil çempionatın yeni başladığını deyərək klubunun uğur qazanacağına inandığını sözlərinə əlavə edib: "Mən inanıram ki, "Fənərbaxça" uğur qazanacaq. Nəzərə almaq lazımdı ki, komandaya yeni futbolçular cəlb olunub".

Ramil Quliyev hər zaman olduğu kimi öz ölkəsi haqda da xoş təəsuratlar yaratmağı unutmayıb. "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərəhləsinə düşməyini sevinclə qarşıladığını deyən 27 yaşlı atlet bu anın tarixi hadisə olduğunuq eyd edib: "Qarabağ"ın Azərbaycan futbolunu Avropada, özüdə də qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox qürurlandırdı. Bu eyni zamanda Azərbaycan futbolunun uğurudu. "Qarabağ" bundan da yaxşısını bacara bilər. İnşallah, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandırarlar".