reklam
Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edəcək

FİFA referimiz Əliyar Ağayevə UEFA Avropa Liqasının qrup mərəhləsinin oyununa təyinat verilib.

İdmanxeber.com-un məlumatına görə, o Avroliqanın ilk turunda "Gimaraeş" və "Zalsburq" komandalarının duelində ədaləti qorumağa çalışacaq.

Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Matçın əlavə hakim köməkçiləri isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Viktoriya” (Portuqaliya)- “Zalsburq” (Avstriya) oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.