reklam
Çempionlar Liqası: "Çelsi" "Qarabağ"ı "alt(ı) - üst" elədi - YENİLƏNİB

Bu axşam UEFA Çempionlar Liqasında 2017-2018-ci il mövsümünün qrup mərhələlərinin ilk görüşlərinin bir qismi baş tutub.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günü A, B, C və D qrupunun matçları ilə əlamətdar olub.. Təmsilçimiz "Qarabağ"ın yer aldığı C qrupunda "Roma" doğma meydanda "Atletiko" Madridi sınağa çəkib. Komandamızın rəqibi isə səfərdə "Çelsi" olub. Cari mövsüm pley-off mərəhləsini uğurla adlayaraq ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ"ıLondondakı matçda nə az, çox düz 0:6 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

C qrupu, I tur
12 sentyabr

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) 6:0
Qollar: Pedro, 5 (1:0), Zapakosta, 30 (2:0), 
Aspilikueta, 55 (3:0), Bakayoko, 71 (4:0), Batşuayi, 76, 82 (6:0)
Baş hakim: Anastasios Sidiropoulos 
Köməkçi hakimlər: Polixronis Kostaras, Lazaros Dimitriadisı

Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos

Dördüncü hakim: amianos Efthimiadis (hamısı Yunanıstan)
London. “Stemford Bric stadionu