reklam
David Luis: "Qarabağ"la oyunda xal itirmək istəmirik"

"Qarabağ"la oyunda xal itirmək istəmirik. Yaxşı əhval ruhiyyədə hazırlaşmışıq. Ötən mövsüm İngiltərə çempionu olmuşuq və sevincliyik. Bu uğurun davamı Çempionlar Liqasında da gəlməlidi. Fərqli klublarla fərqi mübarizələr aparmağın zövqü bam-başqadı. Qitənin ən nüfuzlu klub turnirində güclü futbolçulara qarşı mübarizə aparırsan".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Çelsi"nin müdafiəçisi David Luis deyib. "Qarabağ"la axşamkı matç öncəsi klubun rəsmi saytına danışan braziliyalı komandada yaxşı günlər keçirdiyini bildirib: "

"Bir neçə maraqlı oyuna çıxacağıq. Vaxtı gələndə,  futboldan gedəcəm və hazırda bu anların dadını çıxartmalıyam".

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.