reklam
Qurban Qurbanov 0:6 hesablı məğlubiyyətə şərh verdi: “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm"

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının C qrupunun "Çelsi" - "Qarabağ" matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis 0:6 hesablı məğlubiyyəti bu cür dəyərləndirib: " Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.