reklam
Fabreqas: "Azarkeşlərin gözlədiyi möhtəşəm "Çelsi" geri qayıdır"

"Çempionlar Liqasının oyunu üçün darıxmışdıq. Nəhayət ki, həmin an gəlib, çatdı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasında "Qarabağ"a 6:0 hesabı ilə qalib gələn "Çelsi"nin yarımmüdafiəçisi Secs Fabreqas deyib. Qələbə qazandıqları üçün məmnun olduqlarını dilə gətirən ispan oyunçu nəticəni əla hesab edib: "Hədəflərimiz qabaqdadı. Turnirin qalibi olmaq üçün iddialıyıq. Düşünürəm ki, çox yaxşı kollektivimiz var və azarkeşlərin gözlədiyi möhtəşəm "Çelsi" geri qayıdır. Qarşıda bizi "Arsenal"la çətin oyun gözləyir. Həmin görüşə köklənəcəyik".