reklam
Qrup mərhələsi tarixində ən pis başlayan "Qarabağ"

UEFA Çempionlar Liqasının C qrupunun görüşləri çərçivəsində səfərdə "Çelsi"yə 0:6 esabı ilə uduzan "Qarabağ" antirekordla yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı açıqlama gətirib. Məlumatda "Qarabağ"ın qrup mərhələsinin başlanğıçında ən ağır məğlubiyyət alan komandası olduğu bildirilib. Daha əvvəl bu aqibəti 2010-cu ildə "Braqa" yaşayıb. Portuqaliya klubu da bu məğluubiyyətə "köhlən atlar" kimi Londonda düçar olub. Maraqlısı ondadı ki, "Arsenal"a səfərdə 6 cavabsız qolla uduzan "Braqa"nın oyununda da Sesk Fabreqas iştirak edib.
Qeyd edək ki, bu nəticə həm də “Çelsi”nin Çempionlar Liqasındakı ən böyük hesablı qələbə rekordunun təkrarı olub.