reklam
AFFA bu dəfəlik Ayxan Abbasovu bağışladı

AFFA nizam-İntizam komitəsinin bu gün növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə sərt etiraz edib. Buna görə Ayxan Abbasova xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacağı diqqətə çatdırılıb.

Hər iki komandanın əvəzedici heyətlərinin 4-cü tur matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

"İnter" və "Kəpəz" klublarının əvəedici heyətlərinin oyununda gəncəlilərin 5 futbolçusu sarı vərəqə gördüyünə görə 400 manat cəriməyə məruz qalıblar.