reklam

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"ın "Kəpəz"i Tofiq Bəhramov adına Respublika stadtionunda qəbul edəcəyi ilə bağlı xəbər vermişdik.

Ağdam klubunun "Kəpəz"lə ev oyununu "Azərsun Arena"da keçirməməsinin səbəbini öyrənmək üçün klubun meneceri Asif Əsgərovla əlaqə saxladıq. Klub rəsmisi İdmanxeber.com-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: "Bildiyiniz kimi Tofiq Bəhramov adına Respublika stadionu da bizimdi. Düşünürdük ki, Çempionlar Lİqasının görüşlərini orda keçirərik. Ancaq ÇL-nın görüşləri Olimpiya stadionunda salındığı üçün baş məşqçimiz çempionat qarşılaşmalarının "Tofiq Bəhramov"da keçirilməsini istədi. Biz çalışırıq ki, komandamıza ən yaxşı şəraiti yaradaq".

Asif Əsgərov "çempionatın qalan oyunları ərzində "Qarabağ" rəqiblərini "Tofiq Bəhramov"da qəbul edəcək?" - sualına isə belə cavab verib: "Yəqin ki. Respublika stadionun şəraiti "Azərsun Arena"dan daha yaxşıdı. Yenə də son qərar baş məşqçimizindi".