reklam
"Seltik"in baş məşqçisi "Qarabağ"a baxıb təsəlli aldı

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasında Fransanın PSJ klubuna məğlubiyyətin səbəblərini açıqlayıb. 
İdmanxeber.com-un məlumatına görə, 44 yaşlı mütəxəssis 0:5 hesabı ilə uduzmalarını komandaların büdcələri arasındakı fərqlə əlaqələndirib.
PSJ-nin transferlərindən danışan Rocers “Qarabağ”ın “Çelsi”yə 0:6 hesabı ilə məğlub olmasına da biganə qalmayıb: “Qrup mərhələsində oynayan klublar arasında büdcə fərqi çox böyükdü. Məsələn, Azərbaycanın “Qarabağ” kimi. Onlar da bizim kimi zəngin klubla qarşılaşmaq məcburiyyətində qaldılar. Belə klublar 1-2 yaxşı oyunçuya malik olurlar və digərləri də onlarla birgə çıxış edirlər. PSL-yə baxın. Hər bir mövqedə çox güclü futbolçusu var. Bu komanda ilə oynamaq çox çətin idi”.