reklam
Roman Qriqorçuk: "Skamiyadan gördük ki, ofsayt yoxdu"

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

 

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.


- Hellideyin epizodunda oyundankənar vəziyyət var idi?
- Hellideyin fərqləndiyi epizodda əmin idim ki, oyundankənar vəziyyət yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.

 

- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim. 

 

- “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?
- Burda olduğum müddətdə həmişə deyəcəm, heç kimdən qorxmuram.  Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.

 

- Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
- Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görmür. 

 

- İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
- İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı. 

 

- Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız... 
- Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.