reklam

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. 
“Neftçi”nin əsas komandası kimi əvəzedicilər də “Zirə”yə uduzub. 
“İnter” - “Sumqayıt” oyununda isə qalib müəyyənləşməyib. 1 gün əvvəl olduğu kimi tərəflər 1 xalı 1 qolla əldə ediblər. 
 
Əvəzedicilərin çempionatı

5-ci tur
 
"Neftçi" - "Zirə" - 0:1
Qol: 
Sadio Tounkara, 49.

"İnter" - "Sumqayıt" - 1:1
Qollar:
 Əlibəy Məmmədli, 34-pen (1:0), Xəzər Mahmudov, 78 (1:1)