reklam
Rumıniya yığmasının yeni çalışdırıcısı bəlli oldu

Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, bu posta Kosmin Kontra gətirilib. 41 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, yığmanın baş məşqçisi postunda almaniyalı Kristof Daumu əvəzləyib. DÇ-2018-in seçmə mərhələsinin 8 oyununda 9 xal toplayıb, mundial şansını itirəndən sonra almaniyalı istefaya göndərilib.

Qeyd edək ki, futbolçu kimi “Alaves”, “Milan”, “Vest Bromviç” və “Atletiko”da çıxış etmiş Kontra Rumıniya millisində 73 matç keçirib. 2011-ci ildə karyerasını bitirən rumıniyalı “Timişoara”, “Petrolul”, Buxarest “Dinamo”su, “Xetafe”, “Alkoron”, “Quançjou Fuli”nin baş məşqçisi olub.